Hava limanında saxlanılan keçmiş prezident azadlığa buraxılıb

İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales həbsdən azad edilib.

Komanda.az xəbər verir ki, bu barədə “El Espanol” nəşri məlumat yayıb.

Daha əvvəl prokurorluğun Rubialesin həbsinə qərar verdikdən sonra onun İspaniyada hava limanında saxlanıldığı məlum olub. Qərar Kral Futbol Federasiyasının binasında Səudiyyə Ərəbistanı ilə İspaniya superkubokunun ev sahibliyi hüquqlarının bu ölkəyə ötürülməsi haqda müqavilə işi ilə bağlı axtarış aparıldıqdan sonra verilib.

Bu sövdələşmənin bağlanması zamanı korrupsiya və “çirkli pullar”ın yuyulması əlamətlərinin olduğu vurğulanıb. Səudiyyə Ərəbistanı ilə müqaviləyə əsasən, İspaniya Kral Futbol Federasiyası hər il 40 milyon avro qazanır.

Bundan əlavə, prokurorlar Rubialesə İspaniyanın qadın futbolçulardan ibarət millisinin oyunçusu Cennifer Hermosonu dodağından öpdüyünə görə 2,5 il həbs cəzası istəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button