
“Hatayspor”dan Fransa klubuna – Rəsmi
“Hatayspor”un forvardı Bertuq Yıldırım karyerasını Fransanın “Renn” klubunda davam etdirəcək.
Komanda.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Yıldırım 2022/23 mövsümünü icarə əsasında “Antalyaspor”da keçirib, 30 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin