“Hatayspor” – “Fənərbaxça” görüşü ləğv olundu
Türkiyənin “Hatayspor” və “Fənərbaxça” klubları arasında keçirilməsi planlaşdırılan özəl matç ləğv olunub.
Komanda.az xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub.
Belə ki, “Hatayspor” klubunun ev oyunlarını keçirəcəyi Hatay stadionunun tikintisi yenicə başa çatıb. 25 min nəfərlik azarkeş tutumuna malik arenanın açılış mərasimi ilə əlaqədar martın 27-də “Hatayspor” və “Fənərbaxça” klubları arasında yoldaşlıq matçının keçirilməsi nəzərdə tutulmuşdu. Lakin həm İstanbul klubunda son günlərdə 5 futbolçunun koronavirusa yoluxması, həm də bütövlükdə ölkə ərazisində yoluxma sayının artması bu qarşılaşmanın keçirilməsinə problem yaradıb. Bu üzdən də “Hatayspor” rəhbərliyi matçın ləğvinə qərar verib. Bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilir:
“Martın 27-də, saat 16:00-da keçirilməsi nəzərdə tutulan “Hatayspor” – “Fənərbaxça” matçı koronavirusa yoluxma sayının artması səbəbindən ləğv olunub”.
Bizi Facebook-da izləyin