Keyn “Bayern”ə keçəcək? – açıqlama

“Bayern”in idman direktoru Hasan Salihamiciç “Tottenhem”in futbolçusu Harri Keynin agentləri ilə əlaqə saxlaması xəbərini təkzib edib.

Komanda.az xəbər verir ki, klub rəsmisi “sport1”-ə açıqlamasında, belə bir məsələ olmadığını deyib:

“Harri Keynlə bağlı heç kimlə əlaqəm olmayıb. Futbolçularımıza güvənirik. Dörd mövqedə səkkiz oyunçumuz var”.

Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Onun 2023-cü ildə “Bayern”in futbolçusu ola biləcəyi deyilirdi.

İngilis hücumçu bu mövsüm Premyer Liqanın 6 oyununda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button