Harri Keyn “Bayern”ə keçəcək?

“Bayern”in prezidenti Herbert Hayner “Tottenhem”in hücumçusu Harri Keynlə bağlı söz-söhbətə münasibət bildirib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, “Bayern”in əla heyəti olduğunu deyib:

“İndi “Bayern”in əla komandası var. Futbolçularımızın orta yaşı 25-26-dır. Bir çox futbolçunun uzunmüddətli müqavilələri var, hər şey yerindədir. Heyəti gücləndirmək üçün növbəti addımları təhlükəsiz şəkildə planlaşdıra bilərik. Keynin adı müzakirə olundu? Yox. Amma biz heç bir təzyiq olmadan bütövlükdə bazarı izləməyə davam edəcəyik. Hücumumuz yüksək səviyyədədir”.

Keyn 2011-ci ildən “Tottenhem”də çıxış edir. Onun London klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button