“Haqlı olduğumuzu düşünməsək, bu qərarı verməzdik” – UEFA prezidenti

UEFA prezidenti Aleksander Çeferin İngiltərənin “Mançester Siti” klubunun Maliyyə Feyr-Pley (FFP) qaydalarını pozduğuna əmindir.

Komanda.az xəbər verir ki, sloveniyalı futbol funksioneri 2020-ci ildə “şəhərlilər”i cəzalandırmaqla düzgün qərar verdiklərini düşünür.

İdman Arbitraj Məhkəməsi (CAS) qərarı ləğv etsə də, Çeferin haqlı olduqlarını bildirib:

“Haqlı olduğumuzu düşünməsək, bu qərarı verməzdik. 25 il məhkəmə vəkili kimi çalışmışam və bilirəm ki, bəzən uduzacağınıza əmin olduğunuz bir işi udursuz, bəzən isə əksinə”.

UEFA 2020-ci ildə “Mançester Siti”ni Maliyyə Feyr-Pley qaydalarını pozduğuna görə 2 il müddətinə avrokuboklardan kənarlaşdırmışdı. Lakin sonradan İdman Arbitraj Məhkəməsi Premyer Liqa klubunun şikayətini müsbət qiymətləndirərək, cəzanı ləğv etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button