
“Hansısa qərar verdiyimizdə sizə açıqlayacağıq” – PSJ prezidenti
PSJ-nin prezidenti Nasser Əl-Xələfi hücumçu Kilian Mbappenin klubdan ayrılmaq ehtimalından danışıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, funksioner adı “Real”la hallanan forvard haqda bunları deyib:
“Mbappe bizimlədir. Hansısa qərar verdiyimizdə sizə açıqlayacağıq”.
Mbappenin yayda “Real”a keçəcəyi iddia edilir.
Fransalı hücumçu 2018-ci ildən PSJ-də çıxış edir. Onun klubla müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin