“Neymar və Mbappe ilə bağlı vəziyyət qarışıq görünür”
Fransanın PSJ klubunun idman direktoru Leonardo komandanın hücumçuları Kilian Mbappe və Neymarın gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, sözügedən futbolçuların başqa kluba mümkün transferini dəyərləndirib:
“Neymar və Mbappe ilə bağlı vəziyyət qarışıq görünür. İndiki halda PSJ bu iki futbolçunu əlində saxlaya bilməsə, başqa hansı klub bunu bacara bilər? Hansısa klubun onların məvacibini ödəyə biləcəyini düşünmürəm. Belə bir klub yoxdur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin