
“Kuman artıq mənə güvənmədiklərini bildirdi” – Suares
“Atletiko”nun futbolçusu Luis Suares açıqlama verib.
Komanda.az xəbər verir ki, uruqvaylı futbolçu “Barselona”dan ayrılması haqda danışıb:
“Baş məşqçi Ronald Kuman artıq mənə güvənmədiklərini bildirdi. Komandadan ayrılmaq vaxtı idi. Hansısa açıqlama vermədilər, sadəcə məşqə qatılmamağımı bildirdilər. “Barselona”dan ayrıldığım üçün çox üzüldüm. Komanda yoldaşlarımla, o cümlədən Lionel Messi ilə əla münasibətim vardı. Artıq onunla meydanda rəqib, kənarda dostuq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin