“Son dərəcə iddialıyam”- Yeni transfer
“Mançester Yunayted”in yeni transferi Meyson Maunt “qırmızı şeytanlar”a keçidi barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Çelsi”dən asanlıqla ayrılmadığını söyləyib:
“Böyüdüyüm klubdan ayrılmaq mənim üçün heç də asan olmadı. Amma “Mançester Yunayted”i karyeramın növbəti mərhələsi üçün yeni çağırış hesab edirəm. Kuboklar qazanmaqda səbirsizlənirəm. Yeni komanda yoldaşlarımla oynamaq istəyim onların nə qədər güclü olduğunun göstəricisidir.
Erik ten Haqın başçılığı altında komandanın irəliyə doğru böyük addımlar atdığını hər kəs görür. 2023/24 mövsümünü həyəcanla gözləyirəm. Burada bütün çətinliklərin öhdəsindən gələ bilərəm. Son dərəcə iddialıyam. Hansı məqamda nə edəcəyimi bilirəm. “Mançester Yunayted” uğrunda çox çalışacam”.
Maunt “Çelsi”nin yetirməsidir. O, “zadəganlar”ın heyətində 197 oyunda 33 qol vurub və 37 məhsuldar ötürmə edib.
Bu, “Mançester Yunayted”in yay transfer pəncərəsində ilk transferidir.
Bizi Facebook-da izləyin