“Hansı hesabla qalib gəldiyimizi belə unutmuşduq”
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun ikinci təsnifat mərhələsi çərçivəsində “Lerik”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 6:0 hesabıyla qalib gəldikləri və mərhələ adladıqları qarşılaşmadan sonra bunları söyləyib:
“Bu gün həm oyun, həm də matçın hesabı ikinci planda qaldı. Kristian Velinovskinin ağır zədə alması bizi çox üzdü. Oyun boyu onu fikirləşmişik. Bəlkə də hansı hesabla qalib gəldiyimizi belə unutmuşduq. Qarşılaşma bitən kimi uşaqlar xəstəxanaya komanda yoldaşlarının yanına getdi. Ümidvaram ki, zədəsi göründüyü kimi ağır olmaz. “Lerik” rəhbərliyinə də xahişimizi yerə salmayıb, matçın Sumqayıtda keçirilməsinə razılıq verdiyi üçün təşəkkür edirəm. Onlara gələcək oyunlarında uğurlar arzulayıram”.
Bizi Facebook-da izləyin