Hamşikin “Milan”a keçidi niyə alınmayıb?
“Napoli”nin sabiq yarımmüdafiəçisi Marek Hamşik vaxtı ilə “Milan”a transferinin niyə baş tutmamasını şərh edib.
Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, o, bunları deyib:
“Keçmişdə bir çox klubdan dəvət almışam və Massimiliano Alleqrinin “Milan”ı xüsusilə əzmkar idi. Mino Rayola prosesə rəhbərlik etdi, “Napoli” ilə razılığa gəlməyə çalışdı. Amma mən klubda qalmaq qərarına gəldim”.
Hamşik ötən il futbolçu karyerasını bitirmək qərarına gəlib. Slovakiyalı keçmiş futbolçunun son klubu “Trabzonspor” olub.
36 yaşlı Hamşik karyerası ərzində İtaliya, Çin, İsveç və Türkiyə liqalarında çıxış edib. O, ümumilikdə 701 dəfə meydana çıxıb, 145 qol vurub və 105 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin