Hamşik karyerasını bitirdiyini açıqladı
“Napoli”nin sabiq yarımmüdafiəçisi, son mövsümü “Trabzonspor”da keçirən Marek Hamşik cari mövsümün sonunda peşəkar futbolçu karyerasını bitirəcəyini açıqlayıb.
Komanda.az xəbər verir ki, slovakiyalı ulduz bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Bu mövsümün sonunda karyeramı bitirəcəyəm. “Trabzonspor” formasını geyindiyim son klubdur. Bu, möhtəşəm 19 il oldu. Klub səviyyəsində 700-dən çox, Slovakiya millisində 140 matç, çox sayda qollar… Uşaq vaxtı belə uğurlu karyeranı yalnız arzulaya bilərdim. Arzumu həyata keçirdim.
Futbol mənim sevgim, ehtirasım, işim oldu. Bütün gücümlə çalışdım. Şərəfini qoruduğum bütün klublara təşəkkür edirəm”.
Qeyd edək ki, Hamşik 2007-2022-ci illərdə Slovakiya millisində oynayıb. O, peşəkar karyerası ərzində “Slovan” (Bratislava), “Breşiya”, “Dalyan”, “Höteborq”da çıxış edib. “Napoli”də 12 il (2007-19) keçirən futbolçu 2021-ci ildən “Trabzonspor”un şərəfini qoruyur.
Türkiyə Super Liqasında 2022/2023 mövsümünün sonuncu turu iyunun 6-da keçiriləcək.
Bizi Facebook-da izləyin