“Hamıyla ortaq dil tapa bilərəm” – Ayaz Quliyev
Rusiyanın “Ximki” klubunda çıxış edən Azərbaycan əsilli futbolçu Ayaz Quliyev komandanın baş məşqçisi Sergey Yuranla anlaşa bilməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Komanda.az “sport24”-ə istinadən xəbər verir ki, Quliyev, hamı ilə ortaq dil tapa biləcəyini deyib:
“Mən Rostovda Valeri Georgiyeviç Karpinin yanına gedəndə, qohumlarım və ilk məşqçim dedi ki, anlaşa bilməyəcəksiz. Amma heç narahat olmadım. Hamıyla ortaq dil tapa bilərəm. Bir insan mənə yaxşı münasibət bəsləyirsə, ona ikiqat daha yaxşı olmağa çalışıram. Karpin məni dərhal özünəməxsus şəkildə qəbul etdi. Mən ona böyük hörmətlə yanaşıram. Düşünürəm ki, Sergey Nikolayeviçlə də heç bir problemim olmayacaq. Bəlkə də, onun xarakterinə bənzəyən futbolçu ilə işləmək onun üçün daha asandır”.
Ayaz Quliyev Valeri Karpinin rəhbərliyi altında 2018-ci ildə “Rostov”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin