“Hamını eyni anda meydana buraxmaq olmur” – Berdıyev

“Yaxşı başa düşürük ki, bu gün iki xal itirdik. İlk hissədə ehtiyatlı idik. İkinci hissədə bir qədər yaxşı oynadıq. Amma bir qol çatışmadı”.

Komanda.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 29-cu turunun “Səbail”lə oyunundan sonra (0:0) keçirilmiş mətbuat konfransında deyib.

O, daha sonra bunları söyləyib:

“Avrokuboklara vəsiqə qazanmaq barədə düşünürük. Oyunçularla da danışırıq. Ümid edirik ki, növbəti oyunlarda daha yaxşı oynayacağıq. Tural Bayramlını siyahıdan silməmişik, sadəcə, rəqabət çox güclüdür. Hamını eyni anda meydana buraxmaq olmur. Anton Kraçkovski xəstə idi. Amma xəstələnməsəydi, onun haqda da düşünürdük. Bu, elə mövqedir ki, rəqabət yüksəkdir. Özü də legionerdir. Qışda gələnlərin uğursuz transferlər olduğunu deməzdim. Hurtado və Jo sintetik meydançaya cəld reaksiya verirlər, yaxşı təsir etmir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button