
“Hansı mövqedə oynamağım fərq etmir”
“Barselona”nın müdafiəçisi Erik Qarsiya komandanın ehtiyac duyduğu hər mövqedə oynamağa hazır olduğunu bildirib.
24 yaşlı futbolçu La Liqanın son turunda “Xetafe”yə (3:0) qarşı matçda start heyətində çıxıb və 90 dəqiqə meydanda olub. Baş məşqçi Hans-Diter Flik bu mövsümdə Qarsiyanı həm mərkəzdə, həm də sağ cinahda müdafiəyə cəlb edir. Ötən mövsümdə isə o, tez-tez dayaq yarımmüdafiəçisi kimi də çıxış edirdi.
Komanda.az İspaniya mediasına istinadən xəbər verir ki, Qarsiya onun üçün əsas məsələnin meydana çıxmaq və komandanın qələbəsinə kömək etmək olduğunu söyləyib:
“Mənim üçün əsas məsələ meydana çıxmaq və komandanın qələbəsinə kömək etməkdir. Hansı mövqedə oynamağım fərq etmir. Hamımızın məqsədi matçları qazanmaqdır”.
“Barselona” La Liqanın növbəti turunda, sentyabrın 25-də “Ovyedo” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin


