“Hamımız o himni eşitmək istəyirik” – “Sürix”in qapıçısı
“Sürix”in qapıçısı Yanik Brexer İsveçrədə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu barədə açıqlama verib.
Komanda.az “Blick” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, qələbə qazanmaq üçün qapını toxunulmaz saxlamalı olduqlarını deyib:
“Bu oyunda sadə top itkilərinə yol verməməli və lazım olan qələbəni qazanmaq üçün qapımızı toxunulmaz saxlamalıyıq. Çempionlar Liqası üçün hələ uzun yol var. Amma hamımız o himni eşitmək istəyirik. Bunun üçün bugünkü qarşılaşmaya uğurlu start verməliyik”.
Bu gün “Letsiqrund” stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. “Qarabağ” ilk oyunda qələbə qazanıb – 3:2.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin