“Hamımız “Neftçi”nin güclü olduğunu bilirik” – “Şkupi”nin qapıçısı
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Şkupi”nin (Şimali Makedoniya) qapıçısı Kristian Naumovski açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” ilə keçirəcəkləri oyunla bağlı danışan qolkiper, “ağ-qaralar”ın güclü rəqib olduğunu bildirib:
“Çox yaxşı və güclü rəqib bizi gözləyir. Hamımız “Neftçi”nin güclü olduğunu bilirik. 3-4 gün içərisində məşqçimizlə birlikdə rəqibin güclü və zəif tərəflərini təhlil etdik. Hazırda bu oyuna köklənmişik. Bakıya gedəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə hazırıq. Kimin start heyətində və ya ehtiyatda olacağı vacib deyil. Meydanda olanların 90-95 dəqiqə əlindən gələni etməsi vacibdir. “Neftçi”, “Pelister” və ya “Vardar”, rəqibin fərqi yoxdur, hər oyunda əlimizdən gələni etməyə və qələbə qazanmağa çalışırıq”.
“Neftçi” – “Şkupi” oyunu avqustun 27-də, saat 20:00-da start götürəcək.
Bizi Facebook-da izləyin