Pike “Real”ın əleyhinə qərar verən hakimi tənqid etdi
“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike La Liqanın 27-ci turunda “Valensiya” ilə oyunda (2:2) “Real”ın qolundan əvvəl baş hakim Jesus Gil Mansanonun final fitini çalmasına münasibət bildirib.
Komanda. az “Marca”-ya istinadən xəbər verir ki, Pike Mansanonu tənqid edib:
“Hamımız bu hakimin səviyyəsini bilirik. Məni “El Sadar”da (“Osasuna”nın stadionu) yola saldı, heç nə demədim. Mən rekorda malik olmağın dərdində deyiləm. O, beynəlxalq dərəcəli hakimdir, yüksək səviyyəli olmalıdır. Belə səhvlərə yol verməməlidir. Həmin anda matçı bitirməyin mənası yox idi. Fitini daha tez səsləndirib oyunu sonlandırsaydı, daha düzgün olardı”.
Daha əvvəl Mansanonun iki oyunluq cəzalandığı, səhvini etiraf etdiyi və hadisənin nəticələrinə görə məsuliyyət daşıdığı bildirilib.
Bizi Facebook-da izləyin