“Yeni baş məşqçinin enerjisini hiss edirik”

“Fiorentina”nın qapıçısı David de Xea İtaliya çempionatının qarşıdan gələn 2025/2026 mövsümü haqda danışıb.

Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, ispaniyalı qolkiper bunu söyləyib:

“Biz komandanın yeni baş məşqçisinin enerjisini hiss edirik. Hamımız birlikdə uğurlu mövsüm keçirmək istəyirik”.

59 yaşlı mütəxəssis Stefano Pioli bu yaxınlarda “Fiorentina”nın yeni baş məşqçisi təyin olunub. O, klubla 3 illik müqavilə imzalayıb.

“Fiorentina” A Seriyasının son mövsümündə 65 xal toplayıb və turnir cədvəlini 6-cı yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button