Slotu məyus edən ayrılıq

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın müdafiəçisi Trent Aleksander-Arnoldun klubdan ayrılacağı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu xəbərə görə məyus olduğunu bildirib:

“Düşünürəm ki, hamımız və “Liverpul”u sevənlər onun getməsindən məyus olduq. Nəinki yaxşı bir insan klubu tərk edir, həm də, o çox, çox, çox yaxşı müdafiəçidir. Mən “Feyenoord” və “Alkmaar” kimi komandalarda çalışmışam. Təcrübəm, eləcə də bu klubun təcrübəsi göstərir ki, çox yaxşı oyunçu getsə, onun yerinə başqa bir çox yaxşı oyunçu gələcək”.

İngiltərəli futbolçu bu yay azad agent kimi “Liverpul”u tərk edəcək və onun “Real”a keçəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button