“Hamı yaxşı nəticə gözləyir” – Zubir
“Qarabağ”ın futbolçusu Abdullah Zubir Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçdə yerli “Hakken” klubuna qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqib çox yaxşı komandadır. Sürətli və keyfiyyətli oyunçuları var. Amma biz buraya inamlı gəlmişik. Yaxşı nəticə qazanaraq Azərbaycana xoşbəxt qayıtmaq niyyətindəyik”.
Zubir “Qarabağ”ın böyük klub olduğunu söyləyib: “Biz də bunu dərk edirik və gözləntilərin çox olduğunu bilirik. Hamı yaxşı nəticə gözləyir. Mən də məşqlərdə səylə çalışıram. İnkişaf etmək üçün əlimdən gələni edirəm”.
Sabah baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin