“Hamı “Qarabağ”la oyunu səbirsizliklə gözləyir” – “Dandalk”ın futbolçusu
“Dandalk”ın futbolçusu Patrik Makeleni İrlandiya çempionatının 27-ci turunda “Sent-Patriks”i məğlub etdikləri (1:0) oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, klubun saytına danışan 26 yaşlı yarımmüdafiəçi, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu haqda da açıqlama verib:
“Dandalk”dasızsa, deməli, yaxşı oyunçusuz. Burda hamının bərabər olduğunu düşünürəm. Bütün futbolçular elə peşəkardır ki, istənilən zaman oynamağa hazırdırlar. Hamı “Qarabağ”la oyunu səbirsizliklə gözləyir.
Ötən oyun Patrik Hobanın qolu bizə böyük bir hədəf qazandırdı və hazırda yaxşı vəziyyətdəyik. Ora gedib, düzgün olanı edəcəyik. Oyunu səbirsizliklə gözləyirik”.
“Qarabağ” – “Dandalk” matçı iyulun 31-də, saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb – 1:1.
Bizi Facebook-da izləyin