“Hamı “Ferentsvaroş”dan qrupa düşməyi gözləyir” – Rəşid Rəhimov
“Bu, Macarıstan çempionu üçün yaxşı püşkdür”.
Komanda.az xəbər verir ki, bu sözləri rusiyalı məşqçi Rəşid Rəhimov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” cütü ilə bağlı fikirlərini bildirərkən deyib.
57 yaşlı mütəxəssis “Qarabağ”la oyunlarda Macarıstan xalqının qələbə gözlədiyini bildirib:
“Macarıstanda hamı bu komandadan qrup mərhələsinə vəsiqə qazanmağı gözləyir. “Ferentsvaroş” digər nəticəni tanımır”.
“Qarabağ”la “Ferentsvaroş” arasında ilk oyun bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab qarşılaşması avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin