
“Hamı bilirdi ki, Klopp “Roma”da olmayacaq”
Almaniyalı mütəxəssis Yurgen Kloppun “Roma”nın “sükanı arxasına” keçəcəyi ilə bağlı məlumatlar doğru deyil.
Komanda.az xəbər verir ki, bu barədə “calciomercato” məlumat yayıb. Nəşr bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Romada xəbər çıxan gün hamı bilirdi ki, Klopp “Roma”da olmayacaq. Beləliklə, o, Klaudio Ranyerini əvəz etməyəcək. Klub təbii ki, baş məşqçi axtarışındadır, amma daha az maliyyə tələb edən məşqçi”.
Kloppun son komandası İngiltərə “Liverpul”u olub. Almaniyalı mütəxəssis hazırda “Red Bull” sistemində çalışır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin