“Hamı bilir ki, bu nömrə Messiyə məxsusdur”
Argentina millisinin hücumçusu Paulo Dibala DÇ-2026-nın seçmə mərhələsində Çili üzərində evdə qazanılan qələbəni şərh edib.
Komanda.az yığma komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı futbolçu milliyə qayıtdığı üçün şad olduğunu bildirib:
“Milli komandaya qayıtdığım üçün şadam. Komandanın baş məşqçisi ilə yaxşı münasibətim var. Argentina millisində çoxlu yaxşı oyunçular var, ona görə də, hər zaman əlindən gələni etmək lazımdır. Tarixi çox olan “10 nömrə” ilə oynamaqdan qürur duyuram. Amma hamı bilir ki, bu nömrə Lionel Messiyə məxsusdur”.
Argentina yığmasının növbəti oyunu Kolumbiya ilə olacaq. Görüş sentyabrın 10-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin