
İstanbula gəldi – “Beşiktaş” üçün
Növbəti mövsümə hazırlaşan “Beşiktaş” alman futbolçu ilə danışıqları davam etdirir.
Komanda.az “beİN Sports”a istinadən xəbər verir ki, azad agent olan Levis Holtbi “ağ-qaralar”la görüşmək üçün İstanbula gəlib. 28 yaşlı futbolçu ilə keçiriləcək görüşlərdən sonra son qərarın açıqlanması gözlənilir.
Almaniya mətbuatı, “Beşiktaş”ın Levisə illik 1,8 milyon avro olmaqla, 2+1 illik müqavilə təklif etdiyini yazmışdı.
Son mövsümü “Hamburq”da keçirən futbolçu, iştirak etdiyi 31 oyunda 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin