“Verder”lə “Bavariya” da yarımfinala yüksəldi
Futbol üzrə Almaniya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Səfərdə aşağı liqa təmsilçisi “Paderborn”la qarşılaşan “Hamburq” inamlı qələbə sayəsində ilk yarımfinalçı olub.
“Auqsburq” – “Leyptsiq” matçı isə daha gərgin keçib. Tərəflər 90 dəqiqə ərzində qalibi müəyyənləşdirə bilməyiblər. “Leyptsiq” yalnız əlavə olunmuş yarım saatın son dəqiqəsində penaltidən vurduğu qol sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.
Digər yarımfinalçıların adına “Bavariya” – “Haydenhaym” və “Şalke” – “Verder” oyunlarında aydınlıq gəlib. “Bavariya” və “Verder” bu oyunlardan qalib ayrılmaqla yarımfinala yüksəlib.
Almaniya Kuboku, 1/4 final
2 aprel
Paderborn – Hamburq 0:2
Auqsburq – Leyptsiq 1:2
3 aprel
Bavariya – Haydenhaym 5:4
Şalke – Verder 0:2
Bizi Facebook-da izləyin