Halldorsson: “Azərbaycanda yaşadıqlarım barədə bir kitab yaza bilərəm”
İslandiya millisinin üzvü Hannes Tor Halldorssonun “Qarabağ”dan ayrıldığını, ölkəsinin “Valur” klubu ilə müqavilə bağladığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, 34 yaşlı qapıçı “Valur”la 2022-ci ilə qədər bağladığı müqavilədən sonra təşkil olunan təqdimat mərasimində açıqlama verib. O, “Qarabağ”a transferini səhv addım kimi qiymətləndirib:
“Danışıqlar uzun zaman aldı. Yeni ildən öncə “Qarabağ”dan çox az oynayacağımla bağlı xəbərdarlıq aldım. Bir bədbəxtlik və qəribəlik var. Ora getmək səhv addım idi. Darıxdırıcı vəzifə idi. Azərbaycanda yaşadıqlarım barədə bir kitab yaza bilərəm. Son 3 il karyeramın ən yaxşı dönəmləri idi. Bu qərar doğru olmadı”.
Halldorsson “Qarabağ”a ötən ilin iyul ayında Danimarkanın “Randers” klubundan keçmişdi.
Bizi Facebook-da izləyin