Halkdan Braziliya klubu ilə yeni müqavilə
Braziliyanın “Atletiko Mineyro” klubu hücumçusu Halkla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
36 yaşlı hücumçu ilə 1,5+1 illik yeni sözləşmə imzalanıb. Təcrübəli forvardın komandası ilə hazırkı müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatmalı idi.
Xatırladaq ki, Halk O, 2021-ci ilin yanvarından Braziliya təmsilçisinin uğurları üçün çalışır. O, bu il “Atletiko Mineyro”nun heyətində bütün turnirlərdə 46 oyuna 29 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu Braziliya yığmasında keçirdiyi 49 oyunda 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin