
Halk yeni müqavilə imzaladı – 37 yaşında
Braziliyalı hücumçu Halk “Atletiko Mineyro” ilə müqaviləsini uzadıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
37 yaşlı futbolçu 2021-ci ildən “Atletiko Mineyro”da çıxış edir. O, Braziliya A Seriyasının 2023-cü il mövsümündə 34 oyuna çıxıb, 15 qol vurub və 11 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin