“Halandın transferi üçün tələb olunan maliyyə imkanlarımıza uyğun deyil”
“Bayern”in icraçı direktoru Oliver Kan Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın Münhen klubuna mümkün transferi haqda danışıb.
Komanda.az “sport1.de”-yə istinadən xəbər verir ki, klub rəsmisi, norveçli futbolçunu almaq üçün lazım olan maliyyənin olmadığını bildirib:
“Düşünmürəm ki, bu cür gənc və parlaq futbolçunu almaq imkanını nəzərdən keçirməzdik. Bunu etməklə yaxşı iş görərdik. Amma Halandın transferi üçün tələb olunan maliyyə bizim imkanlarımıza uyğun deyil”.
Halandın xidmətində İspaniyanın “Real” və “Barselona”, İngiltərənin “Mançester Siti” klubları maraqlıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin