Halandın 120 milyon avroluq tələbi
Erlinq Haland yaxın illərdə “Mançester Siti”ni tərk edərək, Avropanın başqa klubuna keçməyi düşünə bilər. Həmçinin, o, tezliklə “şəhərlilər”lə müqaviləsini uzada bilər.
Komanda.az TEAMtalk-a istinadən xəbər verir ki, norveçli hücumçu yeni müqaviləyə 120 milyon avroluq satınalma variantının daxil edilməsini istəyir.
Belə bir variantın daxil edilməsi Halanda ümumilikdə öz taleyini idarə etməyə imkan verəcək. Çünki 120 milyon avro qiymət etiketi oyunçunun statusunu nəzərə alaraq, top-klublar üçün münasibdir.
Halandın adı son həftələrdə “Real”, “Barselona” və PSJ kimi klublarla hallandırılır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin