Halandın müqaviləsindəki “sehrli” maddə
“Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Halandın təzminat məbləği ilə bağlı bəndin müddəti başa çatmaq üzrədir.
Komanda.az “Bild”ə istinadən xəbər verir ki, norveçli futbolçunun “Borussiya” ilə müqaviləsində potensial alıcının onu 75 milyon avroya ala biləcəyi qeyd olunub. Amma bu maddə yalnız bu il aprelin 30-dək etibarlıdır.
Həmin vaxta kimi heç bir klub Halandı almasa, “Borussiya” onun transferi üçün daha yüksək məbləğ tələb edə biləcək.
Halandın transferində daha çox maraqlı olan klublar “Mançester Siti” və “Barselona”dır.
Haland bu mövsüm Bundesliqada 16 oyuna çıxıb, 16 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin