
Halandın maaşı artırılacaq
“Mançester Siti” hücumçusu Erlinq Halanda yeni müqavilə təklif etməyə hazırdır.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, klub Norveç millisinin futbolçusunun maaşını demək olar ki, iki dəfə artıracaq. O, həftəlik 700 min avro alacaq.
Halandın “Mançester Siti” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. O, hazırda həftədə 437 min avro alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin