Halandın atası keçmiş futbolçunun cavabını verdi

“Mançester Siti”nin hücumçusu Erlinq Halandın atası Alf-İnq Haland “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kinin tənqidlərinə cavab verib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, bütün tənqidlərə rəğmən, “Mançester Siti”nin uğurlu komanda olduğunu bildirib:

“Kin və ya digər ekspertlərin təcrübəsinə malik olduğunuz zaman fərqli fikir formalaşdıra bilərsiz. Amma yəqin ki, belə tənqidi fikirlər səsləndirməyi düzgün hesab edirlər. Bununla belə, komanda qalib gəlir və Haland hələ də Premyer Liqanın ən yaxşı bombardiridir. Ona görə də, o qədər də pis deyil”.

Haland vurduğu 20 qolla İngiltərə çempionatının bombardiridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button