Atası Haland üçün hərəkətə keçib: Ya “Real”, ya da…

“Mançester Siti”nin hücumçusu Erlinq Halandın atası, keçmiş futbolçu Alf-İnqe Haland son aylarda oğlunun gələcəkdə İspaniya çempionatının nəhənglərindən birinə – “Real” və ya “Barselona”ya transferi üzərində işləyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda norveçli futbolçunun atası “Real”la daha etibarlı münasibət qurub. Bununla belə, onun “Barselona” ilə əlaqələrinin hələ də qaldığı vurğulanır.

Haland özü də gələcəkdə karyerasını İspaniyada davam etdirmək arzusunu ifadə edib.

Hücumçunun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button