Halandın əmisi oğlu Fransa klubu ilə müqavilə imzalayacaq
Fransanın “Havr” klubu “Stromsqodset”in hücumçusu Conatan Braut Brunesi transfer edə bilər.
Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, tərəflər razılıq əldə etməyə yaxındırlar.
Conatan “Mançester Siti”də top qovan Erlinq Halandın əmisi oğludur. Brunes başa çatan mövsümdə Norveç çempionatında 20, ölkə kubokunda isə 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Havr” 2023/24 mövsümündən etibarən Liqa 1-də çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin