“Mən də həmin “sehrli iksir”i içirəm, amma 50 qol vurmuram” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Erlinq Halandı təqlid etmək istəyənlərə cavab verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, norveçli forvardın bacarıqlarını kopyalamağı təklif edib:
“İnsanlar Halandın süd içdiyini deyirlər. Bəli, o, süd qəbul edir. Mən də həmin “sehrli iksir”i içirəm, amma 50 qol vurmuram. Erlinqi təqlid etmək istəyən balacalara səslənirəm: çalışın, onun bacarıqlarını kopyalayın”.
Xatırladaq ki, öncədən Norveç millisinin üzvü sosial şəbəkə hesabında içi südlə dolu şüşələrin fotosunu paylaşmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin