“Halandı dayandırmaq üçün çox iş görmüşük, amma…” – Oblak

“Atletiko”nun qapıçısı Yan Oblak “Mançester Siti”nin hücumçusu Erlinq Haland haqda danışıb.

Komanda.az TVE-yə istinadən xəbər verir ki, o, Norveç millisinin üzvünü əla oyunçu adlandırıb:

“O, əla oyunçudur. Yaşını nəzərə alsaq, qarşıdakı illərdə çoxlu uğur qazanacağını söyləyə bilərik.

Onunla yalnız milli komandalar arasında keçirilən matçlarda qarşılaşmışam. Halandı dayandırmaq üçün çox iş görmüşük, amma potensialı o qədər yüksəkdir ki, bu, bizim üçün çətin olub. Elə təkcə cari mövsümdə onun statistik göstəricilərinə baxmaq, haqqında fikir söyləməyə kifayət edir”.

22 yaşlı Haland 2022/23 mövsümündə “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 42 oyuna çıxıb, 48 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button