
Halandı dayandırmağın yolunu tapıblar
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 33-cü turunun “Mançester Siti” ilə oyunu öncəsi rəqibin hücumçusu Erlin Haland haqda fikirlərini bölüşüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ispan mütəxəssis Halandı saxlamağın yeganə yolu olduğunu deyib:
“Halandı dayandırmaq üçün ən yaxşı plan topu ona ötürməyi dayandırmaqdır. Bu, yəqin ki, yeganə yoldur”.
“Arsenal”ın MS ilə oyunu aprelin 26-da keçiriləcək. “Arsenal” hazırda Premyer Liqada 75 xalla liderdir və “Mançester Siti”ni 5 xal qabaqlayır. Lakin “şəhərlilər”in ehtiyatda iki oyunu var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin