Halanddan yubiley qolu

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland karyerasında 200-cü qolunu vurub.

Komanda.az xəbər verir ki, norveçli hücumçuya bunun üçün 244 oyun kifayət edib.

Premyer Liqanın 30-cu turunda “Sauthempton”la (4:1) qarşılaşmada dubla imza atan Haland cari mövsüm ölkə çempionatında qol sayını 30-a çatdırıb. 27 matçda buna nail olan 23 yaşlı forvard bu mövsüm daha 5 qol vuracağı təqdirdə mütləq rekordçu olacaq.

İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vurma rekordu Endi Koul və Alan Şirerə məxsusdur. Koul 1993/1994, Şirer isə 1994/1995 mövsümündə rəqib qapılarına 34 top vurub. “Liverpul”un hücumçusu Məhəmməd Salah isə 2017/2018 mövsümündə 32 dəfə fərqlənib.

Haland bu mövsüm bütün turnirlərdə 38 oyuna 44 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button