Haland zədəsini sağaldıb
“Mançester Siti”nin hücumçusu Erlinq Haland zədəsini sağaldıb.
Komanda.az “The Atletic”-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola öz açıqlamasında bildirib. O, forvardın komanda ilə məşqlərdə iştirak etdiyini deyib:
“Haland “Bernli” ilə qarşıdakı matçda meydana çıxa bilər. O qayıdıb”.
Norveçli forvard ayağındakı zədə səbəbindən dekabrın 9-dan bəri meydana çıxmayıb. O, bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə verib.
“Mançester Siti” – “Bernli” görüşü bu gün saat 23:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin