
Haland stadionu əsa ilə tərk etdi – FOTO
Martın 30-da İngiltərə kubokunun 1/4 final matçı keçirilib və “Mançester Siti” səfərdə “Bornmut”u məğlub edib (2:1).
Qarşılaşma zamanı qonaq komandanın norveçli hücumçusu Erlinq Haland zədələnib. O, ikinci hissənin əvvəlində sol ayağından zədə alıb və 61-ci dəqiqədə əvəzlənib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Halandaın zədəsinin xarakteri və sağalma müddəti hələ məlum deyil. Ancaq matçdan sonra sosial mediada video yayılıb. Belə ki, o, stadionu əsa ilə, zədəli ayağını xüsusi şinlə bağlayaraq tərk edib.
Matçın 61-ci dəqiqəsində Halandı əvəz edən Ömər Marmuş “Mançester Siti”yə qələbə qazandıran qolun müəllifi olub.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin