Haland ağrıkəsici ilə oynayır
Dortmund “Borrusiya”sının futbolçusu Erlinq Haland zədəli halda oyunlarda iştirak edir.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Borussiya”nın baş məşqçisi Marko Roze norveçli hücumçunun topuq biləyindən zədələndiyini açıqlayıb. O, bildirib ki, Haland oyunlardan əvvəl ağrıkəsici qəbul edir:
“Erlinq hələ də ağrıdan xilas ola bilmir. Bir neçə həftə əvvəl ayağının 90 dərəcə çevrildiyi bir fotoşəkil də gəldi. Amma o, oyunlarda iştirak edir”.
Haland 2020-ci ildən “Borrusiya”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin