Atasını geridə qoyan oğul

“Mançester Siti” Premyer Liqanın 17-ci turunda “Lids”i məğlub edib (3:1).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matçda dubla imza atan Erlinq Haland vurduğu qolların sayına görə atası Alf-İnqe Halandı geridə qoyub.

Norveçli hücumçu 14 oyunda 20 qol vurmağı bacarıb. O, bu göstəricidə keçmiş futbolçu Kevin Fillipsi də qabaqlayıb (21 matçda 20 qol).

Alf-İnqe Haland isə 181 oyunda 18 qola imza atıb. 22 yaşlı Erlinq Haland “Lids”lə oyunda atasının rekordunu da yeniləyib.

Haland bu mövsüm “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 20 oyuna çıxıb, 26 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun atası – Alf-İnqe Haland 1994-2003-cü illərdə İngiltərə Premyer Liqasında çıxış edib. O, “Mançester Siti”, “Lids” və “Nottingem Forrest”in şərəfini qoruyub.

Hazırda “Mançester Siti” 35 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button