“Haland “Tottenhem”lə matça hazır olmayacaq”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola zədəli futbolçu Erlinq Halandın durumu haqda danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis norveçli hücumçunun sağalmağa yaxın olduğunu, lakin İngiltərə Liqa kuboku çərçivəsində “Tottenhem”ə qarşı bugünkü matçı buraxacağını bildirib: 

“Haland geri qayıtmaq ərəfəsindədir. Amma “Tottenhem”lə matça hazır olmayacaq. Haland son iki gündə bir neçə məşq keçib. Bu, hələ də mükəmməl deyil, ona görə də, bir az da gözləyəcəyik”.

Bu gün keçiriləcək “Tottenhem” – “Mançester Siti” görüşü saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button