
“Haland Aquerodan da üstündür” – Sabiq futbolçu
“Mançester Siti”nin hücumçusu Erlinq Haland Premyer Liqada “Brentford”a qarşı keçirilən oyunda (1:0) yeganə qolu vuraraq, ardıcıl doqquzuncu matçda fərqlənib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager norveçli forvard haqqında yüksək fikirlər səsləndirib. O, Halandı İngiltərə futbol tarixinin ən böyük bombardiri adlandırıb:
“Düşünürəm ki, biz İngiltərə futbol tarixinin ən böyük bombardirini izləyirik. Açığı, Cimmi Qrivz, Diksi Din kimi keçmiş futbolçuları xatırlamıram. Amma Qari Lineker, Alan Şirer, Harri Keyn və mənim “Liverpul”umdan Yan Raşı xatırlayıram.
Məni düzgün anlayın: yaxşı hücumçu ilə əsl bombardir arasında fərq var. Haland isə tamam fərqli bir səviyyədir. Unutmayaq ki, bu klubda bir vaxtlar Serxio Aquero oynayırdı, gördüyümüz ən yaxşı hücumçulardan biri. Haland isə ondan da üstündür. Bu, tamam başqa səviyyədir”.
Bizi Facebook-da izləyin



