Haland Qvardioladan şikayətləndi
“Mançester Siti”nin hücumçusu Erlinq Haland baş məşqçi Xosep Qvardiola haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli forvard Qvardiola ilə bağlı onu qıcıqlandıran şeylərin olduğunu bildirib:
“Qvardiola ilə bağlı məni qıcıqlandıran şeylər var. Çünki o, xırda şeylərin böyük pərəstişkarıdır. Onu bir az bezdirən də budur. Eyni şeyi 20 dəfə təkrarlaya bilər. Razılaşmaqdan başqa seçiminiz yoxdur”.
24 yaşlı futbolçu Premyer Liqanın cari mövsümündə 22 oyun keçirib, 17 qol vurub.
“Mançester Siti” İngiltərə çempionatının 22 turundan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin