Haland Ronaldoya çatdı
“Mançester Siti”nin futbolçusu Erlinq Haland “Mançester Yunayted”in keçmiç hücumçusu Kriştiano Ronaldonun göstəricisini təkrarlayıb.
Komanda.az xəbər verir ki, norveçli hücumçu İngiltərə klublarında bir mövsümdə ən çox qol vuranların sıralamasında üçüncü yerə yüksəlib.
İngiltərə kubokunun 1/4 final mərhələsinin “Bernli” ilə görüşündə het-trikə imza atan Haland 2022/2023 mövsümündəki ümumi qol sayını 42-yə çatdırıb. Harri Keyn və Endi Koulu geridə qoyan futbolçudan əvvəl, 2007/2008 mövsümündə Ronaldo bunu bacarıb.
Ümumi qol sayında rekordçu Rud Van Nistelroy və Məhəmməd Salahdır. Nistelroy 2022/2003, Salah isə 2017/2018 mövsümündə 44 dəfə fərqlənib.
Haland mövsümün sonuna qədər daha 3 dəfə qol vura bilsə, mütləq rekordçu olacaq.
MS “Bernli”ni 6:0 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib.
Bizi Facebook-da izləyin